Cümə axşamı, 29 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazir və direktorun fəqli bəyanları - Müəllimlər hansı halda 35 faizlik artım alacaqlar?

Bir bala görə müəllim niyə 35 faizlik artımdan məhrum olur?..

Bu gün ölkədə müəllimlərin sertifikasiya imtahanı başa çatıb.

İmtahan verən şəxslərin topladıqları ballara görə maaşlarına 10, 35 faiz əlavələr ediləcək.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr edilməsini şərh etmişdi. O, imtahanda müəllimlərin 50 bal toplamasının yüksək nəticə hesab olunduğunu və maaşlarına 35 faiz əlavələr ediləcəyini bildirmişdi.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə bildirib ki, müəllim 50 bal yığıbsa, maaşına 35 faiz əlavə ona şamil edilmir:

“Müəllimlər 51 və daha yüksək bal toplayarlarsa, bu qərar onlara şamil olunur”.

Nazirlə Təhsil İnstitutunun direktorunun fərqli açıqlamaları müəllimlər arasında çaşqınlıq yaradıb və müzakirəyə səbəb olub.

Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı dövlətimizin sosialyönümlü siyasətinin reallaşdırılmasının növbəti mərhələsi, təhsil işçilərinə diqqət və qayğının təzahürü kimi dəyərləndirilə bilər:

“Sertifikasiyadan uğurla keçən təhsilverənlərin maaşlarına 35 faiz əlavənin ancaq 50 baldan yuxarı nəticə üçün verilməsi ilə bağlı son rəsmi açıqlama bir qrup müəllim dairələrində müəyyən narazılıq və narahatlıq yaratdı. Halbuki, Nazirlər Kabinetinin müvafiq qərarında “50 baldan yuxarı” əvəzinə “50 və daha artıq bal toplamış”lar da nəzərə alına bilərdi. İbtidai sinif müəllimlərinin imtahanında yaşanan sevinc və kədərli anlar bunu əyani şəkildə büruzə vermiş oldu. Hələ 11 minlik bir müəllim ordusunun sertifikasiyadan keçəcəyi dörd illik bir dövr irəlidədir.

Bu, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoqun fərq görməyəcəyi kimi, 51, yaxud da 50 bal toplayan müəllimlər arasında da heç bir şagird fərq görməyəcək. Bundan dövlətin büdcəsi də ciddi itki görməyəcək. Ancaq müəllimlər arasında motivasiya artacaq, sertifikasiyaya yanaşma müsbətə doğru başqalaşacaq.

“Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var. Həmin müddət hər şeyə aydınlıq gətirəcək, sertifikasiya ilə bağlı əlavələrdə hansısa bir dəyişikliyin edilməsinə də zərurət yarana biləcək”, – deyə o əlavə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Olimpiya mükafatçısı Azərbaycan Prezidenti və xalqından üzr istəyib

“Dünyanın sonu yaxınlaşır” - Qiyamətdən salamat çıxacaq o ölkəyə sığınmağa başladılar

"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

Fəzail İbrahimlinin Masallıda daha bir coşqulu görüşü keçirilib

Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş

Pavel Durovun nələrdə ittiham olunduğu məlum olub

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay